Ağ Evin hasarına çırpılan sürücü Baydeni öldürmək istədiyini etiraf etdi

Ağ Evin hasarına çırpılan sürücü Baydeni öldürmək istədiyini etiraf etdi

Ağ Evin səddinə qəsdən maşın çırpmaqda ittiham olunan 19 yaşlı Missurili iddiaya görə, "hakimiyyəti ələ keçirmək" və "prezidentə sui-qəsd etmək" istədiyini deyib.
 

Sfera.az xəbər verir ki, Ağ Evin hasarını aşmağa cəhd edən 19 yaşlı Sai Varşit Kandula nasistlərə və onların lideri Adolf Hitlerə heyran olduğunu bildirib. Onun üzərində svastika olan bayraq tapılıb.
 

Gizli Xidmət agenti açıqlamasında bildirib ki, Missuri sakini Sai Varşit Kandula mayın 22-də axşam Sent-Luisdən Dulles Beynəlxalq Hava Limanına birtərəfli biletlə yola düşdükdən dərhal sonra U-Haul yük maşını icarəyə götürüb.
 

Saat 21:35 radələrində o, Ağ Evin yaxınlığındakı səkiyə çıxıb və Ağ Evin şimalındakı metal hasara çırpılıb. Kandula daha sonra yük maşınının arxasına keçib və polis onu nəzarətə götürməzdən əvvəl ikinci dəfə qoruyucuya çırpılıb.




Kandulanın sözlərinə görə, o, hücumu altı ay əvvəldən planlaşdırıb. Onun məqsədi “Ağ Evə girmək, hakimiyyəti ələ keçirmək və millətə cavabdeh olmaq” olub.
 

Bəyanatda həmçinin qeyd olunub ki, agentlər Kandulanın hakimiyyəti necə ələ keçirəcəyini soruşduqda, məhbus: “Əgər bunu etməliyəmsə, prezidenti öldürəcəm və yoluma çıxan hər kəsə zərər verəcəm”-deyə cavab verib.


Sənəddə həmçinin deyilir ki, məxfi xidmət agentləri Kandulaya bel çantasından çıxardığı svastika bayrağını soruşduqda, nasistlərin “böyük əlaqəsi” olduğu üçün onu onlayn aldığını deyib.
 

O, əlavə edib ki, “avtoritar təbiətinə, yevgenikasına və vahid dünya nizamına” heyrandır və Hitleri də heyran olmağa layiq “güclü lider” adlandırıb.

Hadisə mayın 22-də baş verib. Kandula mayın 23-də Vaşinqton Ali Məhkəməsində görünüb. Sabah isə günortadan sonra onun federal məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...