İldə adambaşına 252 kq istehlak edilir - Bu ərzaq məhsulunu daha çox yeyirik

İldə adambaşına 252 kq istehlak edilir - Bu ərzaq məhsulunu daha çox yeyirik

Çox insan Azərbaycanda əhali tərəfindən istehlak edilən əsas ərzaq məhsulunun çörək və çörək məhsulları olduğunu düşünür. Əslində isə bir ərzaq məhsulu var ki, əhali onu digərlərindən daha çox istehlak edir. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycan əhalisinin ən çox istehlak etdiyi ərzaq məhsulu süd və süd məhsullarıdır. Digər ərzaq məhsullarından heç biri süd və süd məhsulları qədər çox yeyilmir.  


Ölkəmizdə il ərzində adambaşına 252 kq süd və süd məhsulu istehlak olunur. Daha çox istehlak kənd yerlərindədir. Kəndlərdə istehlak miqdarı 254 kq-dır. Şəhərlərdə isə 250 kq təşkil edir. 


Ən çox istehlak edilən ikinci ərzaq məhsulu çörəkdir. İl ərzində adambaşına 134 kq çörək yeyirik. Çörək istehlakı kənd yerlərində 137 kq, şəhər yerlərində 131 kq istehlak olunur. 


Maraqlı fakt ondan ibarətdir ki, kənd yerlərində çörək istehlakı bir ildə 2 kq artdığı halda, şəhərlərdə təxminən 3 kq azalıb.

 
Azərbaycan əhalisinin daha çox istehlak etdiyi ərzaq malları arasında tərəvəz və bostan bitkiləri 3-cü sırada dayanır. Bir ildə adambaşına 111,7 kq tərəvəz və bostan bitkiləri istehlak edilib. 


Şəhər əhalisi kənd əhalisi ilə müqayisədə daha çox tərəvəz və bostan məhsulu istifadə edir. Kənddə adambaşına 110,9 kq istehlak olduğu halda, şəhərdə 112,4 kq-dır. 


Meyvə istehlakında da eyni vəziyyətdir. İl ərzində adambaşına 84 kq meyvə istehlak edilir ki, bunun da çox hissəsi şəhər əhalisinin payına düşür. Şəhərlərdə adambaşına 85 kq, kəndlərdə 82,4 kq meyvə yeyilir. 


Kartof istehlakı da çoxdur. İl ərzində insanlar 76,75 kq kartof yeyir. Şəhər yerlərində istehlak 78 kq, kənd yerlərində 75,5 kq təşkil edir. 
Kartof da nəzərə alınarsa, tərəvəz və bostan bitkilərinin istehlak miqdarı 188 kq-ı keçir. 


Ən vacib qida məhsullarından olan ət və ət məhsullarının istehlak miqdarı 35 kq, qənd və qənnadı məmulatlarının istehlakı 30,8 kq, bitki yağı və marqarin 11 kq, balıq və balıq məhsulları 7,5 kq-dır. Toyuq yumurtasının istehlak miqdarı isə 162 ədəddir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...