Dəniz vasitəsilə İrandan gətirilən narkotiki DİN aşkarlayacaqsa... –  Bəs, DSX nə işlə məşğuldur?

Dəniz vasitəsilə İrandan gətirilən narkotiki DİN aşkarlayacaqsa... –  Bəs, DSX nə işlə məşğuldur?

Xəzər dənizinin İran sahillərindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib. Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.

 

Yəni qaçaqmalçılar dəniz ərazisində yox, dənizi keçdikdən sonra polis əməkdaşları tərəfindən yaxalanıblar.

 

Maraqlıdır, bu kimi halların yenidən yaşanmaması üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən “Polisə dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev son dövrlər narkotik qaçaqmalçılığı ilə bağlı heç bir faktın gözdən yayınmadığını deyib:

 

"İranın dəniz vasitəsilə narkotik daşıması halı ilk deyil. Xatırlayıram, mən gənc olanda da Xəzər dənizi istiqamətində İrandan ölkəmizə narkotik daşınırdı. Son 5 il ərzində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı DİN-nin nəzdində olan Narkotiklə Baş Mübarizə İdarəsi çoxşaxəli fəaliyyət həyata keçirir, heç bir fakt gözdən yayınmır. Bu, artıq dünya ölkələrinə də nümunədir. DİN-ə bu istiqamətdə əhali tərəfindən müəyyən məlumatlar daxil olur, bundan sonra tədbirlər həyata keçirilməyə başlanır. DİN-in bu məsələdə əhali ilə əlaqə qurmaq ustalığı var. Amma təbii ki, burada təkcə DİN-in yox, bütün dövlət orqanlarının müvafiq dövlət proqramına əsasən vəzifələri var. Müəyyən dövr ərzində Nazirlər Kabinetinin tərkibinə daxil olan bu qurumlar DİN-ə hesabat verir".

 

Polkovnik son hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin məsuliyyət daşıdığını və ortada hərəkətsizlik halının olduğunu qeyd edib:

 

"Sərhəd zolağından İran tərəfindən qaçaqmalıçılıqla məşğul olan şəxs keçib və onlar DİN əməkdşaları tərəfindən yaxalanıb. Təbii ki, bu o deməkdir ki, Dövlət Sərhəd Xidməti görməli olduğu işi görmür. Bu hadisədə hərəkətsizlik halı var. Əgər son əməliyyat DİN tərəfindən həyata keçirilibsə, demək, mütəşəkkil dəstə sırf bu orqana daxil olmuş məlumat əsasında ifşa olunub. Burada DSX-nin hər hansı iştirakçılığı və dəstəyi yoxdur. Amma onların hüquqi məsuliyyətin hansı növü ilə məsuliyyət daşıyacağı müvafiq prosessual araşdırmadan sonra bəlli olacaq. Bu araşdırmanın nəticələrinə uyğun da təbdirlər görüləcək".

 

İnci


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...