İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək - RƏSMİ
Cəmiyyət
14:10 / 24.05.2023
4702
Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib:
"Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək".