Ən obsesif insanlar BU BÜRCLƏRDƏNDİR - Onlar hər zaman NARAHATDIRLAR

Obsesif insanlar özlərini daim stress və təzyiq altında hiss edirlər. Onlar hər bir detala diqqət yetirir və mükəmməl bir həyat sürmək üçün əllərindən gələni edirlər. Lakin bu vəziyyət həmin insanların həyatını çətinləşdirə bilər.
Sfera.az bu dəfə astrologiyada obsesif rəftarları ilə diqqət çəkən bürclərlə bağlı məlumatı təqdim edir.
Qız bürcü - Detallara diqqət yetirmələri və mükəmməlliyə meylləri ilə tanınırlar. Bəzən nizam, təmizlik və təşkilatçılıq kimi güclü istəkləri olur. Onların bu xüsusiyyətləri həyatlarını qəlizləşdirir, müəyyən məsələlərdə maneə yaradır.
Tərəzi bürcü – Onlar həyatlarında ədalət və harmoniya üçün çalışırlar. Adətən simmetriya ehtiyacları olur və hər şey mükəmməl olmadıqda narahat ola bilirlər. Bu bürcü nümayəndələrinin tarazlıq və nizama meyli var.
Əqrəb bürcü - Obsesif xarakterləri ilə tanınırlar. Bu bürcün nümayəndələrinin nəzarətə ehtiyacları var. Onlar müəyyən fikirlərə və ya ideyalara bağlı ola bilərlər. Obsesif olma ehtimalı olan əqrəblər hər şeyin mükəmməl olmasını istəyirlər.
Oğlaq bürcü - İddialı, çoxşaxəli və güclü məsuliyyət hissi ilə xarakterizə olunurlar. Onlar mükəmməlliyə meyllidirlər və vəzifələrini qüsursuz şəkildə yerinə yetirmək üçün təkrarlanan davranışlarla məşğul ola bilərlər. Bu qədər iddialı olmaq onların zaman-zaman vəsvəsəsinə səbəb olur.
Balıqlar bürcü - Onlar empatiyası və həssaslığı ilə tanınırlar. Bu baxımdan müəyyən təkrarlanan davranışlara səbəb ola biləcək narahatlıq və stressə qarşı həssasdırlar. Balıqların emosional təbiəti onların obsesif olmasına yol açır.
Qoç, Buğa, Xərçəng, Əkizlər, Şir, Oxatan və Dolçalar isə lazımsız vəsvəsələrdən uzaq olurlar.
Türkan