"COVID-dən daha təhlükəli olan yeni bir pandemiya..." - ÜST rəsmisindən QORXUDAN AÇIQLAMA

"COVID-dən daha təhlükəli olan yeni bir pandemiya təhlükəsini istisna etmək olmaz".

 

Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən illik assambleyada deyib. 

 

"Yeni xəstəlik və ölümə səbəb ola biləcək başqa bir variantın ortaya çıxması təhlükəsi hələ də qalmaqdadır. Daha da ölümcül potensiala malik yeni patogenin ortaya çıxması təhlükəsi var", - təşkilatın baş direktoru bildirib.

 

Tedros Qebreyesus, həmçinin bütün dünyanı gələcəkdə təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb.

 

Xatırladaq ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri COVID-19 virusunun yayılması ilə əlaqədar qlobal səhiyyə fövqəladə vəziyyətinin başa çatdığını elan edib. Onun sözlərinə görə, dünyada ən azı 20 milyon insan koronavirusdan dünyasını dəyişib.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...