Arnold Schwarzenegger qırmızı xalçada qızları ilə poza verdi - FOTO

Arnold Schwarzenegger qırmızı xalçada qızları ilə poza verdi - FOTO

75 yaşlı amerikalı aktyor Arnold Şvartsenegger yenidən qırmızı xalçaya çıxıb.

Sfera.az
bildirir ki, aktyor rol aldığı son layihəsinin - mayın 24-də nümayişi planlaşdırılan Netflix-dən "FUBAR" komediya casus serialının premyerasında iştirak edib. O, 33 yaşlı qızı Ketrin və 31 yaşlı qızı Kristina ilə kameralar qarşısında pozalar verib. Arnoldun sevincinə şərik olan ulduz ailəsinin digər üzvü məşhur aktyor və Kaliforniyanın keçmiş qubernatoru Kris Prattın kürəkənidir.
 

Aktyorun qeyri-qanuni oğlu, 25 yaşlı Cozef Baena da premyerada olub, lakin o təcrid olunmuş vəziyyətdə poza verib.


Dolayı yolla, aktyorun qızları Christina və Katherine Schwarzenegger ögey qardaşları ilə ünsiyyət qurmadıqları barədə şayiələri təsdiqlədilər.
 

Qeyd edək ki, bacılardan fərqli olaraq qardaşları Kristofer və Patrik Cozeflə ünsiyyət qurur və hətta eyni idman zalında məşq edirlər. Düzdür, Cozefin sosial şəbəkədəki hesabına nə qardaşlar, nə də bacılar abunə olublar. Cozef 2019-cu ildə Ketrinin Pratt ilə toyuna da dəvət olunmayıb.
 

Cozef əvvəllər Ketrin və Patriki İnstaqramda izləyib, lakin sonda onları izləməyi dayandırıb. Jurnalistlərin dediyinə görə, Ketrin Cozefi “Arnoldun illər boyu gizlətdiyi romantikanın məhsulu” olduğuna görə qəbul etmir.

Qeyd edək ki, Cozef qardaş və bacıları ilə belə münasibətdə olmasına baxmayaraq, atasına çox yaxındır. Arnold nəinki ailəsinin qulluqçusunun dünyaya gətirdiyi oğlunu tanıyıb, həm də universitetdəki təhsil haqqını ödəyir. Cozef rieltor işləyir və filmlərdə rol alır.


Xatırladaq ki, “Fubar” teleserialında Arnold, təqaüdə çıxmazdan əvvəl son bir işi görən və birdən qızının da kəşfiyyatda işlədiyini öyrənən MKİ agenti olan ata rolunu oynayır.

Qırmızı xalçada Şvartsenegger qara kostyum, ağ köynək və qırmızı qalstukda dəbli görünüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda hakim özü barəsində qərar qəbul etdi

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.   Sfera.az Modern.az-a istinad...

Ötən il 90 şagird attestat ala bilməyib

2024-cü ildə Bakıdakı ümumtəhsil müəssisələrini 28 min 203 şagird bitirib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. ...

Pul, sevgi, tanışlıq - Bürcləri bu gün nə gözləyir?

Pluton bu gün stasionar vəziyyətdən çıxaraq retrograd hərəkətinə başlayır. Onun intensiv və mürəkkəb enerjisi güclü şəkildə hiss olunur. Bu retrograd hərəkət 13...

Bakıda yeni hava limanı tikilir - Bu ünvanda

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.   Sfera.az xəbər verir ki, bu sözləri  Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) S...

Tramp yeni təhlükəsizlik müşaviri seçəcək

ABŞ Prezidenti Donald Tramp altı ay ərzində yeni milli təhlükəsizlik müşaviri təyin etməyi planlaşdırdığını bildirib.   Sfera.az  “İnterfa...

Netanyahunun Azərbaycan səfəri nə üçün təxirə salındı? - "Türkiyənin icazəsi..."

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Rəsmi izahatda əsas səbəb kimi Qə...