Sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

Sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

 Xətai rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

 

Sfera.az xəbər verir ki, Rahib Məmmədov küçəsində yerləşən “Park Aile Çay Bahçesi” restoranın sayğacı olsa da, sudan qanunsuz istifadə edilib.

 

Belə ki, obyektin sayğacı özbaşına sökülərək birbaşa birləşmə verilib. Bundan əvvəl də obyektdə anoloji hal baş verib, dəymiş ziyan aktı tərtib olunub və su təchizatı dayandırılıb. Lakin obyektin icarədarı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq suyu talamaqda davam edib. Xətai Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən obyektin su təchizatı dayandırılıb və yenidən dəymiş ziyan aktı tərtib olunub. 

 

Cavanşir küçəsi 15A ünvanında sahibkara məxsus “Nar çiçəyim” kafesi, “Təbriz market”, zoomarket,  şirniyyat sexi, dönər, ət və balıq məhsullarının satışı obyektlərində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki əvvəllər bu obyektlərdə su sərfiyyatı  bir sayğac əsasında aparılıb. Sonradan sayğac nasaz vəziyyətə düşüb, sahibkar onun yenisi ilə dəyişdirilməsi ilə bağlı tələbləri yerinə yetirməyib. Əvəzində yaxınlıqdakı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan xətdən özbaşına istifadə edib.

 

Kazımağa Kərimov küçəsində yerləşən sexdə eyni zamanda bir neçə müəssisə fəaliyyət göstərir. Bir müddət əvvəl obyekt sahibi yığılmış borcu ödəmədiyindən su təchizatı dayandırılıb. Yığılmış borcların hissəli ödəniş üçün güzəşt edilsə də, sahibkar nəinki bu imkandan yararlanıb, əksinə sayğacdankənar əlavə xətt çəkərək sudan istifadə edib. Obyektin su təchizatı yenidən dayandırılıb və dəymiş ziyan aktı tərtib edilib.

 

Nəzarət tədbirləri zamanı aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunur, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunur.

 

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4817 fakt aşkarlanıb və bunların 50-dən çoxu araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib.

 






OXŞAR XƏBƏRLƏR

Qusmandan Əliyevə TƏKLİF

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafındakı rolu haqqında konfrans k...

Azərbaycanda 7 130 məzun fərqlənmə attestatı alıb

2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 072 nəfər məzun adi attestat, 7 130 nəfər isə fərqlənmə attestatı alıb.   Sfera.az x...

Süni intellektlə 500 mindən çox izləyici qazandılar

Yeni rok qrupu “The Velvet Sundown” cəmi iki həftə ərzində “Spotify”da 500 mindən çox aylıq dinləyici qazanıb və bir ayda iki albom bura...

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət&...

Zaur Nəbioğlu verilişində tanınmış aktyorun nəvəsinə iş verdi

  ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.   Sfera.az xəbər verir ki, veriliş zamanı "...

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.   Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, had...