Uşaq sığınacağından ACINACAQLI SİYAHI: "Zorla sirkə içirdilən, özünü yandıran, ölümlə hədələnən qadınlar..."

Uşaq sığınacağından ACINACAQLI SİYAHI:

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə gün ərzində daxil olan müraciətlərlə bağlı paylaşım edib.

 

Sfera.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

 

“Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə edilən həmin müraciətlər belədir: Övladı ilə intihara cəhd edən qadın; övladı sığınacağa yerləşdirilmiş ,ölüm həddinə çatdırılan, benzin töküb özünü yandıran qadın; qayınata,qaynı tərəfindən zorla sirkə turşusu içirdilib,13 gün komada qalan,1 yaş 6 aylıq övladı əlindən alınan qadın – onun rəsmi nikahı yoxdur,  uşaq qadına göstərilmir və yenidən ölümlə hədələnir;  9 illik cəzaya məhkum olunan, 3 yaşlı övladı  və xəstə, imkansız  anasının yanında qalan qızını sığınacağa yerləşdirmək istəyən qadın; taksi sürücüsü tərəfindən fiziki zorakılıq görən, özünü müdafiə edən, zərərçəkən olduğu halda təqsirləndirilən şəxs kimi tanınan  qadın; əri vəfat etdiyindən üç uşaqla tək qalan, heç bir dəstəyi olmadığından övladlarını sığınacağa qoymaq istəyən, işləyib balalarına arxa-dayaq olmaq istəyən qadın; iki azyaşlı qızı polisdə qoyub gedən ana...Bu hadisə isə son dəqiqədə gəlib”.

 

K.Ağazadə son olaraq qeyd edib ki, siyahı bir az da davam edə bilər: “Sutkanın bitməsinə isə 9 saat var”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.   Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, had...

Bakıda qadın evində 10 kq narkotiklə tutuldu - FOTO

Bakıda qadın narkotik alverində şübhəli bilinir.   Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bild...

Səadət İsmayılovaya vəzifə verildi

Səadət İsmayılova 7 iyul 2025-ci il tarixində "Bakı Metropoliteni" QSC-də İcraya nazarət va sənədlərlə iş departamentinin rəisi vəzifəsinə təyin edili...

Temperatur 36 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Bu barədə ...

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...