Seçkilərin ikinci turu ilə bağlı nəticələr nə vaxt bəlli olacaq? - Ali İhsan Yavuz AÇIQLADI

Seçkilərin ikinci turu ilə bağlı nəticələr nə vaxt bəlli olacaq? - Ali İhsan Yavuz AÇIQLADI

Türkiyə seçkilərində ikinci turla bağlı nəticələrin nə vaxt bəlli olacağı açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə AKP sədrinin müavini Ali İhsan Yavuz məlumat verib.  

 

Belə ki, o, “TV100”-ün Ankara təmsilçisi Deniz Gürelə açıqlama verib. Gürel Ali İhsan Yavuzla görüşünü belə izah edib: “Onunla görüşüm zamanı ikinci turdan danışdıq. AK Partiyadakı səslərin azalması ilə bağlı soruşdum. “Biz bunu bir-bir müzakirə edirik, 400 millət vəkilimiz olsaydı da, belə edərdik. Pandemiya bizi sarsıtdı, ardınca zəlzələyə görə ölkəmizin dörddə biri məhv oldu və biz seçkilərə girdik. Belə bir vəziyyətdə ortaya çıxan bu nəticəni uğur kimi görürük”, -  Ali İhsan söylədi”.

 

Gürel,  həmçinin AKP sədr müavinindən ikinci turdakı hədəfini də soruşub:

 

“O, 54-55 civarında səs gözlədiyini dedi. Söhbətimiz zamanı Sinan Oğanın qərarı bəlli deyildi. Mən ikinci turun nəticələri ilə bağlı sual verəndə isə “Ən gec saat 18:00-a dəqiq nəticəni əldə etmiş olacağıq”, deyə bildirdi”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...