“Bu fikirlər Ermənistan dövlətçiliyinin əsaslarını sarsıdır” – Paşinyana etirazlar

“Bu fikirlər Ermənistan dövlətçiliyinin əsaslarını sarsıdır” – Paşinyana etirazlar

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Sfera.az bildirir ki, o, bu barədə bəyanatla çıxış edib.

 

“Davamlı olaraq, o cümlədən son beş ildə Qarabağın Azərbaycanın bir hissəsi olmayacağını bəyan etmişəm. Mən və başçılıq etdiyim siyasi qüvvə - Respublika Partiyası bütün bəyanatlarımızda, çıxışlarımızda və mesajlarımızda bu məsələyə prinsipial yanaşmalarımızı daim vurğulamış və səsləndirmiş, bizim üçün həyati əhəmiyyət kəsb edən mövzu, eyni zamanda Ermənistan hökumətinin dağıdıcı addımları ilə bağlı mövqelərimizi bənd-bənd ortaya qoymuşuq.  Qarabağ problemini, eləcə də Ermənistan dövlətinin qurulması vəzifəsini həyatımın missiyası hesab edirdim və indi də belədir”, - deyə Sarkisyan qeyd edib.

 

Qarabağ separatçılarının sabiq liderləri Bako Saakyan, Arkadi Qukasyan da birgə bəyanatla çıxış ediblər. Onlar qeyd ediblər ki, Paşinyanın səsləndirdiyi fikirlər Ermənistan dövlətçiliyinin əsaslarını sarsıdır:

 

“Bu, onun bütün dünya ermənilərinin maraqlarını qorumaq üzrə öhdəliklərinin pozulmasıdır. Biz Ermənistan baş nazirinin təqdim etdiyi yanaşmaları qəbul etmirik və etməyəcəyik”.

 

Qeyd edək ki, dünən Paşinyan Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması barədə fikirlər səsləndirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...