“Paşinyan həmin bəyanatı 2 gün öncə səsləndirib, üsyan varmı?” – Zərdüşt Əlizadə

“Paşinyan həmin bəyanatı 2 gün öncə səsləndirib, üsyan varmı?” – Zərdüşt Əlizadə

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını etiraf etməsindən sonra Ermənistanda siyasi ekspertlər bu yöndə müxtəlif açıqlamalar verməyə başlayıblar. Bəzi analitiklər bu bəyanatın Paşinyanın sonunu gətirəcəyini iddia edirlər.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Paşinyanın son bəyanatının erməni xalqı üçün ciddi mənada önəm kəsb etmədiyini deyib. Ekspert ermənilər üçün narahatlıq doğuran məsələlərin fərqli olduğunu qeyd edib:

 

“Paşinyan bu bəyanatı gerçək qüvvələr nisbətini hesablayaraq verib. 44 günlük müharibənin sona yetməsindən 2 ildən çox müddət keçib. Bu müddətdə erməni cəmiyyəti əsassız iddialar, ümidlər, bəyanatlar mərhələsindən keçərək addım-addım gerçəyi dərk etməyə yaxınlaşır. Gerçək isə bundan ibarətdir ki, Ermənistanın beynəlxalq hüququ təftiş etməyə, qonşu dövlətə hərbi yolla qalib gəlməyə nə gücü çatır, nə də müttəfiqi var. Paşinyan da bu prosesləri izləyir və bilir ki, artıq məqam çatıb – reallığı dərk etmək lazımdır. Paşinyanın ərazi bütövlüyümüzü tanımasını etiraf etməsindən 2 gün keçib. Ermənistanda üsyan, mitinq başlayıbmı? Hər kəs öz işindədir, bu qərar əhalini çox narahat etmir. Ümumiyyətlə, Qarabağ məsələsi erməni əhalisinin maraq dairəsində 3-4-cü yerdə durur. Ermənilər üçün indi birinci yerdə güzəran, təhlükəsizlik məsələləridir”.

 

Politoloq yaxın zamanlarda sülh müqaviləsinin imzalanacağına diqqət çəkib:

 

“Düşünürəm ki, mayın 25-də Paşinyan Vladimir Putin və İlham Əliyevlə görüşündə bu mövqeyi müdafiə etsə, Avropa rəhbərlərinin qarşısında bu fikirləri təkrar etsə, o zaman sülh müqaviləsi də imzalanar. Bununla isə münaqişə sona çatmış hesab olunacaq. Ondan sonra isə əsas məsələ Azərbaycan hakimiyyətinin Qarabağ erməniləri ilə aparacağı danışıqlardır. Erməni əhalisi Azərbaycan ərazisində təhlükəsiz yaşayacağına inandırılsa, proseslər müsbətə doğru gedəcək. Bundan sonra isə Türkiyə-Ermənistan sərhədləri açılacaq və ümid edirəm ki, hər iki xalq arasında olan müharibə, yaşanan faciələr tarixin səhifələrində qalacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...