Çılpaq soyundu... - Tarixin ilk ərəb əsilli, transgender Roma imperatoru

Çılpaq soyundu... - Tarixin ilk ərəb əsilli, transgender Roma imperatoru

Roma İmperiyası dedikdə hər kəs Sezarı düşünsə də, əslində elə bir ad var ki, o, tarixin ən sensasiyalı insanı sayılır. İmperatorluğu dövründə Elagabalus qəribə homoseksual münasibətləri və dəhşətli sanksiyaları ilə böyük səs-küy yaratmışdı.

 

Sfera.az sizə tarixdə “imperatriça” kimi xatırlanmaq istəyən Roma imperatoru Elagabalus haqqında yazı təqdim edir. Gəlin, daha yaxından tanıyaq.

Elegabalus kimdir?


Elegabalus 200-cü illərdə imperiyanı fəth etmiş Mərakeş, Afrika və Tunis əsilli Severus ailəsinin üzvüdür. Bu səbəbdən Tunis vətəndaşı olaraq heç də Romalıya oxşamır. 203-cü ildə anadan olan Eleqabalus vaxtaşırı Romaya gedir, lakin 217-ci ildə taxt-taca oturan Makrin onu təhlükə kimi görür və paytaxtda görmək istəmir. Bu səbəbdən Eleqabalı anası və nənəsi ilə birlikdə sürgünə göndərir. Əslində, Makrinusun müdrik bir addım atdığını deyə bilərik, çünki Eleqabalusun anası Julia Soaemias və nənə Maesa Elegabalusu taxta oturtmaq üçün hiylə qurmuşdular. Yalnız bir ildən sonra bu arzular gerçəkləşir.


Bəs yaxşı, o, taxta necə oturur?


Roma əsgərləri legionların maaşlarının kəsilməsinə görə İmperator Makrinusa qarşı üsyana başlayırlar. Maesa belə fürsəti əldən vermir. O, dərhal əsgərləri öz tərəfinə çəkməyi bacarır. Sonra o, Homs şəhərində nəvəsi Eleqabalusu Romanın yeni imperatoru elan edir. Təbii ki, hər kəs bu vəziyyəti qəbul etmir və vətəndaş müharibəsi başlayır. Antakyada başlayan müharibə Eleqabal və əsgərlərinin qələbəsi ilə başa çatır. Bu vaxt Makrinus qasid paltarında Romaya qaçmaq istəyərkən Kalkedonda (indiki Kadıköy) əsgərlər tərəfindən tutularaq edam edilir.
Sensasiyalar Eleqabalus paytaxta girən kimi başlayır.


14 yaşında imperator taxtına çıxan Eleqabalus paytaxta daxil olarkən ilk qalmaqal yaşanır. Gənc imperator yüzlərlə çılpaq qadının iplə çəkdiyi arabada Romaya daxil olur. Zaman keçdikcə dövrün Romada qəribə sayılan həyat tərzi böyük diqqət cəlb edir. Elegabalus bəzi günlərdə makiyaj edir, bədənindəki tükləri götürür, Çindən gətirdiyi qadın paltarlarını geyinir. Hətta bir neçə mənbədə onun parik və yalançı döşlərdən istifadə etdiyi yazılıb.


Hətta qulluqçularını cinsiyyət orqanının ölçüsünə görə seçir…


Xidmətə götürəcəyi kişiləri cinsiyyət orqanlarının ölçüsünə görə seçən Eleqabalusun xüsusi mühafizəçi namizədlərinin başına rəqqasə gətirdiyi bildirilir. O, bu üsulla öz xidmətçilərinin çoxunu seçir. Onların arasında ən məşhurları əzələli və iri bədənli Zotiko və yaraşıqlı araba sürücüsü Hierokldur. Onların hər ikisi Eleqabalusdan əvvəl qul kimi yaşayarkən birdən-birə dövlət orqanlarında mühüm vəzifələrə gələrək böyük sərvətlər qazandılar. Onun beş evliliyindən ikisi çox sensasiyalı idi. Birincisi “Mən fəxr edirəm ki, onun kraliçası, məşuqəsi, arvadı adlanıram” dediyi Hiorekl; digəri isə hətta kişilərlə birlikdə görünməsi də qadağan olan Aquillia Severa adlı bir rahibə.


Özünü fahişə kimi satdığı bildirilir…
 

Dövrün tarixçi və yazıçılarının fikrincə, Eleqabalus sarayda özünə ayırdığı otağın qapısında çılpaq dayanıb, fahişə kimi qızıllarını şaqqıldadır və şirin səsi ilə yoldan keçənləri şirnikləndirir. Hətta onun fahişə qiyafəsində xristian kilsələrinin və məbədlərinin qapılarında özünü qırx qəpiyə satdığı da deyilir.
 

“Kim məni qadın etsə, onu da zəngin edəcəm”.


Elegabalusun indi yalnız bir istəyi qalmışdı : cinsini dəyişmək. O, Romanın ən məşhur həkimlərini çağırıb onu qadın edə biləni zənginləşdirməyə söz verir. Ancaq dövrün həkimlərindən heç biri bu cəsarəti özündə tapa bilməyib, lakin Elegabalus bəzi müasir yazıçılar tərəfindən transseksual hesab olunur. Ona görə də onun cinsini dəyişib-dəyişmədiyi dəqiq bilinmir.


Qonaqların üzərinə gül tökür, onları boğur…




Elegabalusun- təkcə cinsi kimliyi ilə bağlı sensasiyalar deyil, həm də dövlət idarəçiliyi ilə bağlı qeyri-ənənəvi qaydalar haqqında çox danışılır. Məsələn, o vaxt qadınlar senata girə bilməsələr də, Eleqabalus nənəsini və anasını senator etdi. Bu vəziyyətə qarşı çıxan senatorların bəziləri axtalanır, bəziləri isə ölüm cəzasına məhkum edilir. Bəzi söz-söhbətlərə görə, saraya gələn qonaqların üzərinə kilolarla gül ləçəkləri tökərək onları boğur. Bu öldürmə üsulu hətta “The Roses of Elegabalus” adlı əsərin mövzusuna çevrilir.


4 il davam edən imperiyadan sonra cəmi 18 yaşı olanda öldürülür…


Roma mənşəli olmayan Eleqabalus El-Qabal adlı günəş tanrısına inanır, imperiyasındakılar isə Yupiterə sitayiş edirlər. Bu səbəbdən o, Roma xalqına Yupiterə sitayiş etməyi qadağan edir və Roma tanrısını El-Qabal elan edir. Onun Aquillia Severa və Hierocles ilə evliliyi, daha sonra Romanın tanrı dəyişdirməsi xalq üçün son damla olur. Eleqabalus dörd ilin sonunda anası ilə birlikdə “müqəddəs dəyərlərə hörmətsizlik” səbəbi ilə öldürülür. Onların hər ikisinin cəsədi at arabalarına bağlanaraq Roma küçələrində süründürülür və axırda çaya atılır ki, onlardan əsər-əlamət qalmasın. O, hər bir imperator kimi qəddar sanksiyalara məruz qalsa da, Eleqabalus homoseksuallığını açıq şəkildə yaşayan bir imperator kimi adı tarixə düşür.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...