Ukraynalı fenomen qırmızı xalçada özünü qana buladı - VİDEO

Dünya
00:10 / 23.05.2023
9925
Ukraynalı bloqqer İlona Çernobay 2023-cü il Kann Film Festivalının qırmızı xalçasında Ukrayna bayrağının rəngində paltar geyinərək özünü saxta qana bulayaraq tamaşa nümayiş etdirib.
Sfera.az bildirir ki, fitnes məşqçisi bu barədə İnstaqram hesabında paylaşım edib.
O, bildirib ki, aksiya hazırda işğal altında olan ukraynalılara dəstək məqsədilə olub. Lakin tədbirin mühafizəsi qızı qəfildən zaldan çıxarıb.
Blogger onu da bildirib ki, indi ona Fransada film festivalına və bəzi digər tədbirlərə giriş qadağan edilib, lakin o, öz hərəkəti ilə fəxr edir.
Aysel
Sfera.az