Cennifer həyat yoldaşı ilə alış-veriş edərkən öpüşməsi görüntüləndi - FOTO

Cennifer həyat yoldaşı ilə alış-veriş edərkən öpüşməsi görüntüləndi - FOTO

53 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez həyat yoldaşı və uşaqları ilə Beverli Hillsdə alış-veriş edərkən görüntülənib. Həyat yoldaşları öpüşərkən fotolar çəkilib.
 

Sfera.az bildirir ki, son vaxtlar cütlük ətrafında gəzən söz-söhbətlərə baxmayaraq, J. Lo və Ben Afflek xoşbəxt görünüblər.
 

C.Lo ailəvi gəzinti üçün arxası açıq sarı-qəhvəyi zolaqlı paltar geyinib. O, görünüşünü qəhvəyi qayışlı sandalet və Yves Saint Laurent zəncirli çantası ilə tamamlayıb. Qızıl halqalı sırğalar və gün eynəkləri Lopezin kombinini tamamlayıb.
 

Aktyor və rejissor Ben Afflek rahat görünüş seçib. O, mavi cins şalvar, ağ və krem ​​rəngli köynək geyinib. O, qəhvəyi Nike idman ayaqqabısı və qara gün eynəyi ilə görünüşü tamamlayıb.


Ulduz həyat yoldaşları C.Lo-nun uşaqları, 15 yaşlı əkizləri Maks və Emmanı alış-veriş üçün özləri ilə aparıblar. Kadrlarda Lopez və Afflekin piyada keçidində dayanaraq bir-birini qucaqladığı və mehribancasına öpüşdüyü görünür.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR