Son 50 ildə nə qədər insan təbii fəlakətlərin qurbanı olub? - BMT AÇIQLADI

Son 50 ildə nə qədər insan təbii fəlakətlərin qurbanı olub? - BMT AÇIQLADI

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Meteorologiya Xidməti son 50 ildə təbii fəlakətlər nəticəsində ölən insanların sayını açıqlayıb. 


Sfera.az xəbər verir ki, BMT-nin hesablamalarına əsasən, son 50 ildə 2 milyon insan təbii fəlakətlərin qurbanı olub.


1970-ci ildən 2021-ci ilə qədər dünyada 11,7 min təbii fəlakət qeydə alınıb. Təbii fəlakətlər ölkələrə 4,3 trilyon dollar ziyan vurub. 


BMT bildirib ki, on ildən bir təbii fəlakətlər nəticəsində orta illik ölüm nisbəti azalır, iqtisadi itkilər isə artır. 


İqtisadi itkilər daha çox fırtınaların nəticəsində yaranır. Təbii fəlakətlər nəticəsində ölənlərin əksəriyyəti Asiya qitəsində qeydə alınıb. Dünyada ölənlərin 47 faizi Asiyanın payına düşür. Qitədə əsasən tropik siklonlar ölümlərin sayını artırır. 2008-ci ildə yalnız Narnis siklonu 138 min insanın həyatına son qoyub. Banqladeşdə təbii fəlakətlər nəticəsində daha çox insanın öldüyü müəyyənləşib. Bu ölkədə 281 təbii fəlakət nəticəsində 520 min insan dünyasını dəyişib.


BMT-nin məlumatına görə, təbii fəlakətlər nəticəsində qeydə alınan ölüm hallarının 90%-dən çoxu inkişaf etməkdə olan ölkələrdə baş verib. Eyni zamanda, fəlakətlər nəticəsində iqtisadi itkilərin 60%-i iqtisadiyyatı inkişaf etmiş ölkələrdə qeydə alınıb. Təkcə ABŞ-də təbii fəlakətlər 1,7 trilyon dollar ziyan vurub ki, bu da son 51 ildə qlobal iqtisadi itkilərin 39%-ni təşkil edir.


Vasif
 


OXŞAR XƏBƏRLƏR