Ukrayna və Rusiyadan ziddiyyətli BAXMUT AÇIQLAMASI - Putin yalan deyir?

Ukrayna və Rusiyadan ziddiyyətli BAXMUT AÇIQLAMASI - Putin yalan deyir?

Rusiya aylarla davam edən mühasirədən sonra Baxmut şəhərini ələ keçirdiyini elan etsə də, Ukrayna sözügedən məlumatı təkzib edir.

 

Sfera.az bildirir ki,  bölgədəki vəziyyətlə bağlı hələ dəqiq izahat olmasa da, Ukrayna Müdafiə Nazirliyi “Fəth olunmamış Baxmut” başlığı ilə fotolar dərc edib.

 

Belə ki, Rusiya prezidenti Vladimir Putin dünən Baxmutun tutulduğunu elan edərək həm “Vaqner” qrupunu, həm də Rusiya Silahlı Qüvvələrinin əsgərlərini təbrik edib. Həmin vaxt Yaponiyada keçirilən G7 Zirvə toplantısında olan Ukrayna prezidenti Vladimir Zelenski mətbuat mənsublarının Baxmutla  bağlı sualına “Məncə, yox” cavabını verib.  Daha sonra Ukrayna prezidentinin mətbuat katibi Sergiy Nykyforov Zelenskinin mətbuata verdiyi cavaba işarə edərək “Prezident Baxmutun tutulduğunu inkar etdi”, deyə söyləyib.

 

Qeyd olunan açıqlamalardan əvvəl  də Ukraynanın Baxmut bölgəsində əks-hücum hazırlığı ilə bağlı xəbərlər paylaşılıb. Ardınca bu gün Ukrayna Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında Baxmutdan fotolar təqdim olunub. Görüntülərdə bir çox binanın zədələndiyi görünüb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR