Lüks “Gelandewagen” Gəncədə qəzaya düşdü - FOTOLAR

Lüks “Gelandewagen” Gəncədə qəzaya düşdü - FOTOLAR

Gəncədə lüks avtomobil qəzaya səbəb olub.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 2 saylı “Asan Xidmət”in yaxınlığında qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını “VAZ 2106” markalı avtomobillə toqquşub. Arxadan VAZ-a çırpılan “Gelandewagen” idarəetməni itirərək yoldan çıxıb.

 

Qəza zamanı xəsarət alan olmayıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

 



OXŞAR XƏBƏRLƏR