Azərbaycanda siqaret çəkən qadınların sayı ARTIR - STATİSTİKA

Azərbaycanda yaşı 15-dən yuxarı olan əhalinin 15 faizi siqaret çəkir.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, siqaret çəkənlərin mütləq əksəriyyətini kişilər təşkil edir. Amma son illərdə siqaret çəkən qadınların da sayı artıb.
Araşdırmalar göstərir ki, kişilərin 30,8 faizi siqaret çəkir. Siqaret çəkənlərin nisbəti 45-64 yaş aralığındadır, hətta 44,5 faiz səviyyəsinə çatır. Maraqlıdır ki, yaşı 65-i keçən kişilər arasında siqaret çəkənlər xeyli azalır və 29 faizə düşür.
Kişilərin 7,6 faizi gündə bir qutu siqaret çəkir.
Qadınların isə 0,3 faizi siqaretdən istifadə edir. Kişilərdən fərqli olaraq qadınlar arasında siqaretdən istifadə edənlərin əksəriyyəti yaşlı insanlardır. Yaşı 65-i keçən siqaret çəkən qadınların 14,3 faizi gündə bir qutu siqaretdən istifadə edir.
Vasif