Zatulin Qazaxıstanda problemlə üzləşib: “Sərhədçilər onu...”

Zatulin Qazaxıstanda problemlə üzləşib: “Sərhədçilər onu...”

Qazaxıstanı tez-tez tənqid etməsi ilə tanınan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin adıçəkilən ölkəyə buraxılmayıb.

 

Sfera.az xəbər verir ki, ilkin olaraq  Zatulinə pasport nəzarəti zonasından keçməyə icazə verilməyib.

 

Rusiyalı deputat Qazeta.ru-ya açıqlamasında artıq ikinci gündür ki, Qazaxıstanın Baykonur şəhərində olduğunu bildirib və qeyd edib ki, həqiqətən də keçid məntəqəsində problemlər olub, sərhədçilər buna nəyin səbəb olduğunu izah edə bilməyiblər.

 

“Bağışlayın, amma mənə qarşı hansı tələblərin irəli sürüldüyünü heç bir şəkildə izah edə bilmərəm, çünki sərhədçilər də bunu izah edə bilmədilər. Buradakı səfirimizin və Rusiya səfirliyinin müdaxiləsindən sonra anlaşılmazlıq və ya təxribata son qoyuldu”, - deyə o, Qazaxıstana səfərində heç bir siyasi çalar olmadığını bildirib.

 

Zatulinin sözlərinə görə, o, Baykonura  “Baikonur Racket 2023” turnirinin açılışı, eləcə də bir sıra digər tədbirlər keçirmək üçün gəlib.

 

Xatırladaq ki, ötən ilin iyununda Zatulin Ukraynanın Donetsk və Luhansk regionlarının Rusiya Federasiyasına birləşdirilən ərazilərinin tanınmadığını bəyan edib.

 

Qeyd edək ki, ötən il Ermənistan hakimiyyəti Zatulini persona non qrata elan edərək Ermənistana girişini qadağan etmişdi.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR