Azərbaycan əhalisində piylənmə daha çox bu yaşlarda müşahidə edilir - ARAŞDIRMA

Azərbaycan əhalisində piylənmə daha çox bu yaşlarda müşahidə edilir - ARAŞDIRMA

Azərbaycanda əhalinin 58 faizi normadan artıq çəkiyə sahibdir. Onların 8,8 faizi isə həddən artıq kökdür.


Sfera.az xəbər verir ki, bunu ev təsərrüfatlarının tədqiqinə dair aparılan araşdırma üzə çıxarıb. Məlum olub ki, yaşı 15-dən yuxarı olan insanların 1,3 faizi normadan az çəkiyə, 40,8 faizi normal çəkiyə, 49,1 faizi piylənməkdə olan orqanizmə, 8,8 faizi isə həddən artıq piylənmiş orqanizmə sahibdir. 


Müşahidələr göstərir ki, insanlarda piylənmə 45 yaşdan sonra güclənir. Həmin yaşa qədər insanların təxminən 50 faizində piylənmə olsa da, 45-64 yaş qrupunda olanların 76,8 faizində, 65 və daha yuxarı yaşda olan insanların isə 75,3 faizində normadan artıq piylənmə var. 


Normal çəki kişilərdə qadınlarla müqayisədə daha tez pozulur. Kişilərin 58 faizi 20-45 yaş aralığında çəki artımı ilə üzləşdiyi halda, qadınların 41 faizi bu yaş qrupunda normal çəkidən uzaqlaşır. Qadınlarda normal çəkinin pozulması 45 yaşdan sonra güclənir. Yaş 45-64 aralığında olduqda qadınların 75 faizi artıq çəkiyə sahib olur. 


Qeyd edək ki, bu normativlər Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi Bədən Çəkisinin Ota İndeksi əsasında müəyyənləşdirilib. Bədən Çəkisinin Ota İndeksi hesablanarkən çəki boyun metrlə ifadəsinin kvadratına bölünür. Мəsələn: boy 175 sm, çəki 70 kq-dırsa, İndeks 70 / (1,75*1,75) = 70 / 3,06 = 22,9 şəklində hesablanır. 


Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə alınan nəticə 18-dən azdırsa, çəki normadan azdır, nəticə 18-25 olduqda çəki normaldır, nəticə 26-30 olduqda piylənmə ərəfəsidir,  nəticə 31-dən yuxarıdırsa orqanizm həddən artıq piylənibdir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

"TikTok"-da şantaj olunan qadının nişanı pozuldu: İşdən çıxarıldı - VİDEO

Qadının "TikTok" sosial şəbəkəsində olan səhifəsindəki şəkillərini götürüb adına saxta səhifə açıblar.   Sfera.az xəbər verir ki, &quo...

Uçuş təxirə salındı - Sərnişinləri təyyarədən düşürdülər

Yerli vaxtla saat 02:00-da İstanbuldan Moskvaya uçmalı olan "Aeroflot"a məxsus "SU-2139" təyyarəsi texniki nasazlıq səbəbindən yola düşə bil...

İtkin düşən 9 nəfər tapıldı

Yanvarın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı apa...

Zəngəzur dəhlizi: Regionun gələcəyini dəyişən strateji yol - Elnur Məcidli YAZIR...

Zəngəzur dəhlizi, Cənubi Qafqazda mühüm strateji və iqtisadi əhəmiyyətə malik bir nəqliyyat və kommunikasiya layihəsidir. Bu dəhliz, Azərbaycanı Naxçıvan Muxtar...

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...