Ermənistan və Rusiya rəsmiləri Moskvada görüşəcəklər

Dünya
11:45 / 22.05.2023
5710
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rusiyalı həmkarı Nikolay Patruşevin dəvəti ilə Moskvaya səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, mayın 23-dən 25-dək Rusiyada təhlükəsizlik məsələlərini əlaqələndirən ali nümayəndələrin 11-ci beynəlxalq toplantısı keçiriləcək.
Xatırladaq ki, mayın 25-də Rusiya paytaxtında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü də planlaşdırılır.
Əzizə