Havaların isinməsi qida zəhərlənmələrini artırır – Nə etməli?

Havaların isinməsi qida zəhərlənmələrini artırır – Nə etməli?

Havalar isindikcə qarpız, balıq, hətta dondurma kimi bəzi qidalardan zəhərlənmə halları müşahidə edilir. Zəhərlənmə isə əksər hallarda ölümlə nəticələnə bilir. Buna görə artan hava temperaturunda qida seçimində daha diqqətli olmaq lazımdır.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Ağa Salamov yay fəslində xüsusilə dondurulmuş məhsullarla ehtiyatlı olmağın zərurətindən danışıb:

 

“Yay fəslində qidalanarkən evlərdə, ictimai iaşə müəssisələrində ehtiyatlı olmaq lazımdır. Ət, toyuq məhsullarını sərin havada saxlamaq və tez emal etmək lazımdır. Donmuş məhsulların buzunu açarkən ehtiyatlı olmaq gərəklidir, yəni donmuş ətin buzunu suyun altında əritmək lazımdır, isti havada yox. Dənizə gedərkən isə konserv məhsulları, ət, toyuq aparmaq olmaz. Bu qidalar istidə daşınarkən mikrobioloji çirklənmə baş verir və bu da qida  zəhərlənmələrinə gətirib çıxarır. İnsanlar dəniz kənarına yaxşı olar ki, evdə hazırlanan sərinləşdirici içkiləri, pendir, yaxud qarpızı, moyenezsiz salatı götürüsünlər" .

 

Mütəxəssis dondurma alarkən diqqətli olmağı da tövsiyə edib:

 

“Dondurma alarkən hansı sexin məhsulunun daha keyfiyyətli olduğu bilmirik. Ona görə ki, hansı sexdə mikrobioloji çirklənmənin olduğundan xəbərisizik. Dondurma istehsal olunduqdan sonra cihazdan qida qalıqları təmizlənir ya yox, məkanda texnoloq, kritik nöqtələr hansı şəkildə işləyir, işçilərin sanitar vəziyyəti necədir bunu bilmirik. Ona görə də yay aylarında çox da riskə getmək olmaz. Əgər insanlar sağlam dondurma istəyirlərsə, o zaman dondurmanı ev şəraitində hazırlamaqları daha uyğundur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR