“Pul yığmaq istəyirlər...” – Ekspert evlərin icbari sığortalanmasından danışdı

“Pul yığmaq istəyirlər...” – Ekspert evlərin icbari sığortalanmasından danışdı

Evlərin icbari sığortalanması yenidən müzakirə obyektinə çevrilib. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Qeyd olunub ki, iyunun 1-dən işə düşəcək sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmasına nəzarət imkanı yaradacaq.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, vətəndaşın öz daşınmaz və daşınan əmlakını sığorta edib-etməməsi onun şəxsi işi olmalıdır:

 

“Bizdə isə bunu da icbari ediblər. Əlbəttə, “filan ölkədə də belədir”, deyə bilərlər.  Bütün hallarda bu, Konstitusiyada əks olunmuş mülkiyyət hüququnun pozulmasıdır. Burada maraqlı tərəf sığorta şirkətləridir. Qiyməti bir milyon olan daşınmaz əmlakın sığortası ilə uçuq daxmanın sığorta qiyməti eynidir və sığorta hadisəsi zamanı ödəniş də eynidir. Bu, sadəcə absurddur və yalnız pul qazanmaq üçündür. Bəziləri deyir ki, əmlak sığorta olunmayanda dövlət sığortaçı qismində çıxış etməyə məcbur olur.  Onsuz da gələcəkdə də belə olacaq. Əvvəla, böyük dağıtılar zamanı onsuz da sığorta şirkəti bütün xərcləri qarşılaya bilməyəcək. Hətta dünyanın ən güclü sığorta şirkətləri zəlzələ, sunami və s. Kimi təbii fəlakətlər nəticəsində baş vermiş dağıtıların əvəzini ödəyə bilmir. İkincisi, Azərbaycanda az qala əmlakın 50%-i dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınmayıb. Xüsusən rayonlarda yaşayış və kiçik qeyri-yaşayış sahələri var ki, dövlət reyestrində rəsmən əmlak kimi qeydə alınmayıb. Belə əmlakla bağlı hadisə baş verəndə kim ödəniş edəcək?”.

 

Ekspert bildirib ki, sığorata şirkətləri kütləvi surətdə evlərə gəlib hədələyici elanlar yayır və iyunun 1-də İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinin tətbiq olunacağını bildirirlər:

 

“Bu o deməkdir ki, əgər fiziki şəxs evini icbari sığorta etdirməsə, hər 20 gündən bir cərimə olunacaq. Bu bir ilə təxminən 550 manat edir. Nə baş verəcək? Yüzminlərlə insan ya pul olmadığına, ya məlumatsızlığa və ya hər hansı səbəbdən evini sığorta etdirməyəcək. İllərlə belə davam etdikdə yüz milyonlarla cərimə toplanacaq. Axırda məcbur olub cərimələri ləğv edəcəklər. Ölkədəki əmlakın 50% rəsmi sayılmır. Bəlkə əvvəlcə onları rəsmiləşdirəsiz? Neçə illərdir bu məsələ həllini tapmayıb, çünki qanunsuz olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda, kommunikasiyaların üstündə və altında, magistral yolların və kəmərlərin mühafizə sonasında, meşə fonduna daxil olunan torpaqlarda bütöv şəhər və qəsəbələr salınıb. Problem budur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

38 yaşlı keçmiş model və “Miss İsveçrə” finalçısı Kristina Yoksimoviç bu il fevralın 13-də Bazel (İsveçrə) yaxınlığındakı Binningen şəhərindəki evin...

Dang qızdırmasının dəhşətli nəticələri kəşf edildi: Zehni zədələnmə riski 213%-dir

Qlobal istiləşmənin gəlişi ilə bütün dünyada bir sıra təhlükəli xəstəliklər yayılmağa başladı ki, bunlardan biri də ağcaqanadlar tərəfindən ötürülən Dang qızdır...

Üç min şəhidlə bağlı məlumat silinib?

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib”.   Sfera.az xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şura...

Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi

“Dünyanın ən dəhşətlisi” adlandırılan belaruslu bodibilder İlya Efimçik 36 yaşında vəfat edib.   Sfera.az bildirir ki, ölüm səbəbi infarkt ...

ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq etdi

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.   ...

Meymun çiçəyi tüğyan edir: Peyvəndlər virusa yoluxma hallarının qarşısını alırmı?

Meymun çiçəyinin təhlükəli və inanılmaz dərəcədə yoluxucu yeni ştammı (meymun nəcisi də adlandırılır-red.) bütün dünyada yayılır. Xəstəlik alimləri bu təhlükəli...