Gəncədə minik avtomobili yük maşını ilə toqquşdu - FOTOLAR
Hadisə
16:16 / 21.05.2023
6916
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 1 kilometrində qeydə alınıb.
Hərəkətdə olan “Passat” markalı minik maşını ilə yük maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da minik maşınına ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.