Bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın  yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Cəlilabad rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, Məhəmməd Şahbazov şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR