Bu şəxslərə ŞAD XƏBƏR – 50 manat dəyərində...

Bu şəxslərə ŞAD XƏBƏR – 50 manat dəyərində...

“Çıxarışı olmayan mənzillər sığorta predmeti ola bilməz. Yalnız həmin mənzillərə sığorta tətbiq olunacaq ki, o, qeydiyyata alınıb və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışı var”.

 

Bunu Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistemdən danışarkən deyib.

 

ramil menzil.jpg (64 KB)

“Rayonlarda çox zaman təbii fəlakətlərin şahidi oluruq, paytaxtda vətəndaşlar şikayətlənir ki, qonşunun evindən su sızmasından mənzilin təmirinə ziyan dəyib və yaxud qaz partlayışı olur ki, qonşu mənzillərə də ziyan dəyir. Bunun üçün ən yaxşı mexanizm məhz sığortadır. İcbari sığorta vətəndaşlara dəymiş 25 min manata qədər ziyanı ödəməyə imkan verir. Sadəcə burada bir sıra boşluqlar var. Bu gün mənzillərin hətta təmir qiyməti çox artıb. Təmir qiyməti 450-500 manatdan başlayaraq 1000-1500 manata qədər davam edir. Bəzən 100 kvadratlıq mənzilə vətəndaş ən azı 45-50 min manat xərc çəkməli olur. Bəzən dəyən ziyan çəkilən xərcə bərabər olur. Bu zaman 50 manata olan icbari sığorta vətəndaşlara 25 min manata qədər dəymiş ziyanı ödəyir. Ondan sonrakını isə vətəndaş könüllü sığorta etdirməlidir”, - ekspert bildirib.

 

Ramil Qasımzadənin sözlərinə görə, sığortanın əhəmiyyəti ondan ibarətdir ki, vətəndaşlar nəsə baş verdikdə dövlətdən kömək ummayaraq bu tələbi birbaşa sığorta şirkətlərindən edə bilərlər:

 

“Sığortanın faydası böyükdür. Vətəndaşlar bilməlidir ki, bunu etdirməklə ən azı arxayın yaşaya bilərlər ki, hər hansı bir ziyan dəydikdə kompensasiya olunacaq. Sadəcə sığorta şirkətlərinin üzərinə böyük yük düşür - onlar özlərinə qarşı inam formalaşdırmalıdırlar.

 

Məsələn, bəzən avtomobillərlə bağlı elə sığorta hadisələri görürük ki, vətəndaş əmlakını sığortalatsa belə, ona dəyən ziyan ödənilmir”.

 

Ekspert qeyd edib ki, 50 manatlıq icbari sığorta vətəndaşların imkanı daxilindədir:

 

“Hər evə görə qiymətləndirmə məbləği ayrı olsa, daha yaxşı olar. Yəni vətəndaş arxayın olsun ki, onun əmlakının tam dəyəri sığortalanıb”.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...