Prezident təqaüdü alanların sayı ARTDI - STATİSTİKA

Prezident təqaüdü alanların sayı ARTDI - STATİSTİKA

Azərbaycanda son bir ildə Prezident təqaüdü alan şəxslərin sayı 4 819 nəfər və ya 1,27 faiz artıb. 


Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin birinci rübündə 378 210 nəfər təqaüd aldığı halda bu ilin birinci rübündə təqaüd alanların sayı 383 029 nəfərə yüksəlib. 


Təqaüd alanların sayı cüzi artsa da onlara ödənilən aylıq pul vəsaitlərində nəzərəçarpacaq artım var. Ötən il dövlət təqaüdlərinin maliyyələşdirilməsi üçün hər ay 45 milyon manat xərclədiyi halda bu il aylıq xərc 54,21 milyon manata yüksəlib. Bir ildə təqaüd alanlara aylıq ödənişin məbləği 20,4 faizdən çox artırılıb.

 
Təqaüd alanların sayının artması əsasən müharibə veteranı adı daşıyanların sayının artması ilə bağlıdır. Son bir ildə bu adı daşıyanların sayı 12 190 nəfər artaraq 182 966 nəfərə çatıb. Hazırda Prezident təqaüdü alanların 47,7 faizi müharibə veteranlarıdır. 


Müharibə veteranlarına hər ay 80 manat təqaüd verilir. Dövlət bu məqsədlə ildə 176 milyon manata yaxın pul xərcləyir. 


Ən çox təqaüd alan digər sosial qrup əlillər və onlara xidmət edən şəxslərdir. Bu qrupa aid olan 174 263 nəfər təqaüd alır. 


Təqaüd alan əlillərin sayı 75 784 nəfərdir. Bunların 55 713 nəfəri ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər (əvvəlki qaydalarla I qrup əlillər – red.), 20 071 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir.  


Daha 98 479 nəfər əlil olan şəxslərə qulluğa görə təqaüd alır. Son bir ildə əlillərə qulluğa görə təqaüd alanların sayı 7 135 nəfər azalıb.  


Daha 18 139 nəfərə şəhid ailəsi olduğuna görə, 4 883 nəfərə fəxri adlara görə təqaüd verilir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...