Tarixdə adı unudulan nasistlərlə mübarizə aparan müsəlman şahzadəsi - Nur İnayət Xan

Tarixdə adı unudulan nasistlərlə mübarizə aparan müsəlman şahzadəsi - Nur İnayət Xan

Tarixin ən nüfuzlu simalarından biri olan Nur İnayət Xan maraqlı həyatı ilə hər kəsi təəccübləndirir.
 

Sfera.az nasistlərə qarşı vuruşan müsəlman şahzadənin maraqlı həyat hekayəsini sizin üçün təqdim edir.
 

1914-cü ildə Moskvada anadan olan Nur İnayət Xan hind əsilli zadəgan ailəsindəndir: Onun atası Həzrət İnayət Xan universal sufizmin banisi idi.


Məhz buna görə də “şahzadə” titulu daşıyan Xan şahzadədən fərqli olaraq çox təhlükəli işlər görərək tarixə düşüb.
Moskvada doğulub boya-başa çatan Xan tezliklə Parisə köçüb və nasist işğalına qədər orada yaşayıb.


Sorbonnada uşaq psixologiyası və Paris Konservatoriyasında musiqi təhsili alan Xan ölkə alman orduları tərəfindən işğal edildikdən sonra İngiltərəyə köçür.
Hər zaman öz əqidə və ideyalarına bağlı olan Xan 1940-cı ildə faşistlərə qarşı mübarizədə iştirak etmək üçün Qadın Köməkçi Hərbi Hava Qüvvələrinə müraciət edir.


Burada ən aşağı rütbəli aviasiya personalı və radio operatoru təhsili alan Xan sonralar zabit köməkçisi rütbəsinə qədər yüksəlir.
Müvəffəqiyyətin ardına uğur əlavə edən Xan 1944-cü ildə casusluq təhsili alır. Təhsilini başa vurmasa da, fransız dilini yaxşı bildiyi üçün ilk agent işinə yiyələnir.


Kod adı "Medeleine" olan Xan almanlara sızmaq üçün Fransaya qayıtmışdı: beləliklə o, Fransaya gedən ilk agent və radio operatoru oldu.
Xanın sayəsində çoxlu sayda alman strategiyası ortaya çıxdı. Bir ay sonra Xanın casus olmaq təhlükəsi dərk olundu...


Onun özünə qayıtmaq əmri verilsə də, Xan bundan imtina etdi.
 

Daim şəxsiyyətini dəyişən Xan almanların əlindən qaçırdı.
 

Faşistlərə tutulmağın nə qədər təhlükəli olduğunu bilsə də, o, ölkəni tərk etmədi və ümumilikdə 3 şəxsiyyət dəyişdi.


Təəssüf ki, o, əbədi olaraq qaça bilmədi...
Ona başqa agentin bacısı, fransız Emil Henri Qarri tərəfindən xəyanət edildi: 13 oktyabr 1943-cü ildə almanlar tərəfindən əsir götürüldü.


Yazılara görə, Xan əsgərlərə kifayət qədər müqavimət göstərmişdir.

 

Xan və digər əsir agentlər 1944-cü ildə Dachau konsentrasiya düşərgəsinə göndərildi: onlar aylarla davam edən aclıq, susuzluq və işgəncələrdən sonra edam edildilər.

Xan edam ediləndə belə “Liberte”! (Azadlıq!) qışqırdığı deyilirdi...

 

İngiltərənin paytaxtı Londonda Xanın heykəli ucaldılıb: o, Britaniyada heykəli olan ilk müsəlman kimi tarixə düşüb.


Əgər izləmək istəsəniz, hətta İngiltərədə qəhrəman elan edilən Xan üçün film də çəkilib: “Casus şahzadə” (Spy Princess).

 

Aysel

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...