Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar arta bilər

Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar arta bilər

Azərbaycanda iqtisadi və maliyyə imkanlarının artması nəticəsində büdcədə 2 milyard manatdan artıq profisit yaranıb.

 

Sfera.az xəbər verir ki, bu sözləri Baku.vs-yə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

 

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər layihəsinin hazırlanması qərara alınıb və yaxın günlərdə layihə Milli Məclisə müzakirə olunacaq:

 

"Dürüstləşmə nəticəsində ilk növbədə əlavə vəsaitlər azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyasının daha da artırılması üçün əlavə maliyyə mənbəyinin təmin edilməsi olacaq.

 

Hazırda bu istiqamət üzrə büdcədə nəzərdə tutulmuş xərclərin məbləği 3 milyard manatdır, dürüstləşmədən sonra bu rəqəmin 4,5 milyard manata çatdırılacağı, hətta bir qədər də artıq olacağı nəzərdə tutulur.

 

Mövcud büdcə xərclərində ölkənin müdafiə potensialının və hərbi imkanların möhkəmləndirilməsi də əsas prioritetdir. Həmçinin, büdcəyə dürüstləşmədən sonra bəzi prioritet istiqamətlər üzrə xərclərin də artırılması istisna olunmur, əhalinin aztəminatlı və həssas sosial qruplarının sosial müdafiə və təminatının daha da yaxşılaşdırılması məqsədilə bu istiqamətdə əlavə maliyyələşmənin təmin edilməsi də mümkündür. Nəticədə maaş və pensiyaların artımı ilə bağlı vəsaitlər də həmin xərclərdə yer ala bilər".


OXŞAR XƏBƏRLƏR

Bu ştatlarda seçki qutuları qoyulub - ABŞ-də erkən səsvermə BAŞLADI

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış bəzi ştatlarda seçicilər səs verməyə başlayıb.  Sfera.az xəbər verir ki, Minn...

Türkiyədə futbol klubunun prezidenti DÖYÜLDÜ - ANBAAN VİDEO

Türkiyənin "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.   Sfera.az...

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq -FOTO

"Ötən bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Ağdərə r...

Keçmiş hakim Psixiatriya Xəstəxanasına YERLƏŞDİRİLDİ

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) Respublika Psixiatriya Xəstəx...

Fələstin PrezidentiNyu-Yorka GETDİ

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıd...