Begemotun hücumu nəticəsində qayıq çevrildi: 1 uşaq öldü, 23 nəfər itkin düşdü

Begemotun hücumu nəticəsində qayıq çevrildi: 1 uşaq öldü, 23 nəfər itkin düşdü

Cənubi Afrika Respublikası, Malavidə 24 nəfərin ölümü ilə nəticələnən faciə baş verib.
 

Sfera.az bildirir ki, nəhəng begemotla toqquşma nəticəsində 37 sərnişini olan qayıq Mozambik sərhədi yaxınlığında Şire çayını (Zambezinin qolu) keçərkən zədələnib. Yerli media 13 səyahətçinin qaça bildiyini, 23 nəfərin isə itkin düşdüyünü xəbər verib. Bir yaşlı körpənin meyiti xilasedicilər tərəfindən faciədən sonra ilk saatlarda aşkar edilib.
 

Polis sözçüsü Aqnes Zalakomanın sözlərinə görə, axtarışlar 24 saatdan çox davam etdiyi üçün bütün insanların öldüyü güman edilir.


Sağ qalanların xilas edilməsi və itkin düşənlərin axtarışı əməliyyatlarında təsadüfən bu ərazidə olan BMT-nin qida missiyasının əməkdaşları da iştirak ediblər.
 

Malavi prezidenti Lazarus Çakvera su və kanalizasiya naziri Abida Mianı hadisə yerinə göndərib. Nazirin sözlərinə görə, yerli sakinlər begemotların tez-tez ərazidə problem yaratdığını və hakimiyyətdən bəzi heyvanların köçürülməsini istəyirlər.

 

Sfera.az

Aysel


OXŞAR XƏBƏRLƏR