Allahşükür Paşazadə Kirillə görüşdü

Allahşükür Paşazadə Kirillə görüşdü

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Kazanda Moskva və Bütün Rusiyanın Patriarxı Kiril ilə görüşüb.

 

Bu barədə Axar.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Patriarx Kiril Allahşükür Paşazadənin müasir İslam tarixinin görkəmli dini lideri, beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu vurğulayıb. Qeyd etdi ki, şeyx cənablarına xas olan müdriklik, cəsarət və məsələlərə çevik yanaşma qabiliyyəti onu digərlərindən fərqləndirən mühüm insani xüsusiyyətlərdəndir. "Cənab şeyxin bu xüsusiyyətləri, eləcədə aramızdakı səmimi dostluq və əsl qardaşlıq münasibətləri, sözdə deyil, əməldə həmfikir olmağımızı mən çox yüksək qiymətləndirirəm. Ayrıca mən bu gün Azərbaycan dövlətinə və xalqına, o cümlədən hörmətli şeyx həzrətlərinə ölkənizdə pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür etmək istəyirəm."

 

QMİ sədri öz növbəsində Patriarx Kirilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmaqdan və onunla yenidən görüşməkdən şərəf duyduğunu dilə gətirdi.

 

QMİ sədri Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə bir daha öz minnətdarlığını bildirdi və iki lider arasındakı səmimi dostluq və həmrəyliyi yüksək qiymətləndirdiyini ifadə etdi.

 

Patriarx Kiril bundan sonra da Azərbaycan və Erməni dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğuladı. "Xahiş edirəm, mənim səmimi salam-dualarımı dərin hörmət və rəğbət bəslədiyim cənab Prezidentə, Mehriban xanıma və Leyla xanıma çatdırın."

 

Görüş zamanı tərəflər müxtəlif beynəlxalq dini və dinlərarası dialoq qurumları, o cümlədən, Ümumdünya Kilsələr Birliyi, KAICIID dinlərarası dialoq mərkəzi, habelə digər beynəlxalq təşkilatlarla bağlı məsələləri müzakirə etdilər.

 

Görüşdə Rus Pravoslav kilsəsinin iyerarxları, Moskva Patriarxiyası xarici kilsələrarası əlaqələr şöbəsini sədri, mitropolit Antoniy, Moskva Patriarxiyası İşlər müdiri mitropolit Dionisiy və Kazan mitropoliti Kiril, QMİ tərəfindən sədrin Birinci müavini, müfti Salman Musayev iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...