DİM abituriyentlərə müraciət etdi

DİM abituriyentlərə müraciət etdi

Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, musiqi sənəti istiqaməti üzrə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio və musiqi ədəbiyyatı fənləri üzrə test imtahanları mərkəzləşdirilmiş şəkildə bir dəfə keçiriləcək. Bu fənlər musiqi istiqaməti üzrə müxtəlif komissiyalara daxil olduğundan ödəniş üsulunu sadələşdirmək məqsədi ilə abituriyent bir və ya iki komissiyadan qeydiyyatdan keçərək bir dəfə “harmoniya və solfecio” və bir dəfə “musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahanda iştirak edə bilər. Nəzəriyyə imtahanında müsbət qiymət alan abituriyentlər artıq həmin komissiyanın digər imtahanlarında iştiraka görə ödəniş etməyəcəklər. Xatırladırıq ki, bir istiqamətə daxil olan ən çox dörd komissiya üzrə qeydiyyatdan keçə bilərsiniz. Odur ki, nəzəriyyə fənləri üzrə test imtahanlarında iştirak edib müsbət qiymət alan abituriyentlər ixtisas fənləri üzrə imtahanlara qeydiyyat zamanı nəzəriyyə fənlərinin keçid balına uyğun olan digər komissiyalar üzrə də qeydiyyatdan keçmək imkanı qazanırlar və həmin komissiyalara görə ödəniş edirlər.

 

- Musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçən abituriyentlər “harmoniya və solfecio” imtahan fənni olan 1 komissiya (18, 20, 27, 29, 30, 73 və 75) və “musiqi nəzəriyyəsi və solfecio” fənni olan 1 komissiya (19, 21, 22, 23, 24, 25, 26, 28, 31, 32, 33, 36, 71, 72, 74, 76, 83, 93, 95, 96) olmaqla, ümumilikdə 2 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

 

- 18, 20, 27, 29, 30, 73 və 75-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər “harmoniya və solfecio” fənnindən müsbət qiymət aldıqda “musiqi ədəbiyyatı” fənni üzrə imtahanda iştirak edirlər.

 

- 21, 24-cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər isə “musiqi nəzəriyyəsi və solfecio” fənnindən müsbət qiymət aldıqda “musiqi ədəbiyyatı” fənni üzrə imtahanda iştirak edirlər.

 

Qeyd: 21 və 31-ci komissiyaların (viola və saksofon alətləri) hər ikisi üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər hazırkı qeydiyyat zamanı 21-ci komissiyanı seçməlidirlər.

 

İxtisas fənləri üzrə imtahanda iştirak etmək üçün qeydiyyat prosesi nəzəriyyə fənləri üzrə keçiriləcək test imtahanlarından sonra başlanacaq.

 

Qeyd edək ki, ixtisas fənləri üzrə keçirləcək imtahanlara qeydiyyat prosesi yalnız əlavə komissiyalar seçmək istəyənlərə aiddir. Bir komissiya üzrə qeydiyyatdan keçib nəzəriyyə imtahanından müsbət qiymət alan şəxslərin bu komissiya üzrə ixtisas imtahanında iştirak etmək üçün təkrar qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

 

 

Musiqi sənəti istiqamətinə aid komissiyalar üzrə seçim

Komissiyalar Nəzəriyyə fənləri seçim imkanı
18, 20, 27, 29, 30, 73 və 75 Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı
1
21, 24 Musiqi nəzəriyyəsi və solfecio, Musiqi ədəbiyyatı 1
19, 22, 23, 25, 26, 28, 31, 32, 36, 71, 72, 74, 76, 83, 93, 95, 96 Musiqi nəzəriyyəsi və solfecio

 

 

Nəzəriyyə fənləri üzrə keçirilən test imtahanlarında iştirak etməyən abituriyentlər ixtisas fənləri üzrə keçiriləcək imtahanlara buraxılmırlar.

 

 

Musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçərkən qabiliyyət imtahanlarının elektron qeydiyyat sistemində musiqi təhsili haqqında məlumat əks olunmalıdır. Məlumatlar “Musiqi məktəbi-məzun” elektron sistemindən götürülür. Bu məlumatlar qeyd olunan sistemdə olmadıqda musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçməyə icazə verilmirz. Bunun üçün abituriyentlər musiqi təhsili aldığı təhsil müəssisəsinə yaxınlaşmalı və müvafiq məlumatların “Musiqi məktəbi-məzun” bazasına daxil edilməsini təmin etməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...