Bakıda şirkət müdirinə külli miqdarda pul atdılar
Hadisə
17:39 / 19.10.2016
1926
Bakıda şirkət müdirinə qarşı dələduzluq edilib.
Sfera.az report-a istinadən bildirir ki, "Consol Group" havalandırma sistemləri şirkətinin müdiri 1983-cü il təvəllüdlü Ceyhun Cəfərov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bu il avqustun 28-də 1984-cü il təvəllüdlü Rəşad Xələfov şirkətdən 15 min 211 manat dəyərində avadanlıq alıb, lakin pulunu ödəməyib.
Faktla bağlı müvafiq axtarış tədbirləri keçirilir.