Dünya liderlərindən Rusiyaya qarşı BİRGƏ BƏYANAT: “Yolumuzdan dönməyəcəyik..”

Dünya liderlərindən Rusiyaya qarşı BİRGƏ BƏYANAT: “Yolumuzdan dönməyəcəyik..”

Yaponiyada keçirilən G7 sammitində liderlər Moskvaya qarşı iqtisadi sanksiyaları artırmaq qərarına gəliblər.

 

Sfera.az bildirir ki, bu barədə dünya liderləri birgə bəyanat yayıblar.

 

Bəyanatda Rusiyanın 15 aydır davam edən təcavüzünün minlərlə insanın həyatına son qoyduğu, Ukrayna xalqına böyük iztirablar yaşatdığı, bir çox müdafiəsiz insanın qida və enerjiyə çıxışını təhlükəyə atdığı bildirilib.

 

"Ukraynaya dəstəyimiz davam edəcək. Biz Rusiyanın qeyri-qanuni hərəkətlərinin dünyanın qalan hissəsinə təsirini azaltmaq əzmindən dönməyəcəyik”, - sənəddə vurğulanıb.

 

Birgə bəyanatda Rusiya və onun tərəfdarlarına qarşı daha çox sanksiya tətbiq edilməsinə qərar verilib. Həmçinin, Rusiyanın nüvə silahından istifadəyə yanaşması və Belarusda nüvə silahı yerləşdirmək niyyəti “təhlükəli və qəbuledilməz” kimi qiymətləndirilib.

 

“Rusiyanın Ukraynanın uzunmüddətli yenidən qurulmasının bədəlini ödəməsi üçün səylərimizi davam etdirəcəyik”- sənəddə qeyd edilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR