Bakıda ən çox boşanma bu rayonlarda qeyd alınıb - STATİSTİKA

Bakıda ən çox boşanma bu rayonlarda qeyd alınıb - STATİSTİKA

Azərbaycanda ən yüksək boşanma göstəricisi olan şəhər Bakıdır. Burada hər 1000 nəfərə düşən boşanma sayı respublika üzrə orta göstəricidən 50 faiz yüksəkdir. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəmizdə hər 1000 nəfərə 4,7 nikah və 2 boşanma düşdüyü halda Bakıda 4,8 nikah və 3 boşanma düşür. Bakıda boşanma sayı respublika üzrə orta göstəricidən daha çoxdur.  


Bəs Bakının hansı rayonlarında boşanma səviyyəsi yüksəkdir?


Paytaxtın rayonları arasında boşanma göstəricisi Səbail və Yasamal rayonlarında yüksəkdir. Səbaildə 1000 nəfərə 4, Yasamalda 3,9 boşanma düşür. 


Səbail rayonunda boşanma sayı nikah sayına çatıb. Belə ki, rayonda hər 100 nikahın 91-i pozulur. Bu göstərici Yasamalda 66-dır. 


Paytaxtın rayonlarından ən az boşanma Pirallahı, Xəzər, Sabunçu, Binəqədi və Nəsimi rayonlarındadır. Hər 1000 nəfərə Pirallahıda 1,7 boşanma, Xəzərdə 2,1 boşanma, Sabunçuda 2,3 boşanma, Binəqədidə 2,4 boşanma, Nəsimində 2,5 boşanma düşür.   


Vasif


OXŞAR XƏBƏRLƏR