“Gələn həftə Əliyevlə Paşinyan Moskvada olacaq” - Peskov

“Gələn həftə Əliyevlə Paşinyan Moskvada olacaq” - Peskov

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli təmasların qurulması barədə operativ məlumatlar verəcək.

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada həm Avrasiya İqtisadi Forumu, həm də Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident  İlham Əliyev, həm də Baş nazir Nikol Paşinyan Moskvada olacaq”, - Kremlin sözçüsü mayın 25-də Moskvada üçtərəfli sammitin keçirilməsi perspektivləri ilə bağlı sualı cavablandırarkən bildirib.

 

Xatırladaq ki, bu gün Rusiya paytaxtında Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli danışıqları da planlaşdırılır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR