İt dişləyən uşaqların son vəziyyəti - FOTOLAR

İt dişləyən uşaqların son vəziyyəti - FOTOLAR

Xəbər verdiyimiz kimi, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Məzun evi” nin qarşısında 3 və 5 yaşlı iki uşağa sahibsiz itlər hücum edərək ağır xəsarət yetirib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş verən hadisə ilə bağlı məlumatlar qısa zamanda sosial şəbəkələrdə də yayılıb.

 

Araz Əhmədov adlı sosial şəbəkə istifadəçisi uşaqların yaralı halda olan fotolarını da paylaşıb. 

 

Məsələyə Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsi tərəfindən reaksiya verilib. Belə ki, həmin paylaşıma şərh yazılaraq bildirilib ki, Abşeron rayonunun yaşayış məntəqələrində, eləcə də Xırdalan şəhərində sahibsiz itlərə qarşı profilaktik tədbirlərin göstərilməsi məqsədi ilə “Toplan” Sahibsiz itlərə qayğı mərkəzinə rəsmi müraciət edilsə də, onlar Bakı şəhərindən kənar ərazilərdə xidmət göstərmədiklərini açıqlayıblar:

 

“Rayonun yaşayış məntəqələrində sahibsiz itlərin çoxluğunu nəzərə alaraq hazırda tərəfimizdən rayon ərazisində sahibsiz itlər üçün xüsusi sığınacağın tikinti layihəsi hazırlanıb. Sığınacaqda itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəslərinin yaradılması və heyvanların peyvəndlənmə, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyatların aparılması nəzərdə tutulub. Hazırda tikintiyə başlanması üçün hazırlıq işləri aparılır”.

 

Uşaqların hazırkı vəziyyəti ilə bağlı sosial şəbəkədə paylaşım edən Araz Əhmədov bildirib ki, onlardan biri reanimasiyada, digəri isə üçüncü gündür ki, xəstəxanadadır və hərarəti düşmür. O qeyd edib ki, baş hissəsindən xəsarət alan azyaşlının saçı kəsilmədən tələsik tikiş atılıb.

 

Təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılan uşaqların hazırkı vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:  “Abşeron rayon “Məzunlar Evi” Sosial Müəssisəsindən müxtəlif tarixlərdə, 17-18 mayda it dişləməsi xəsarəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilən 5 yaşlı və 3 yaşlı uşaqlara lazımı ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

 

İlkin tibbi yardım göstərildikdən sonra 5 yaşlı uşaq başın və aşağı ətrafın dişlənmiş yarası diaqnozu ilə Uşaq cərrahiyyəsi şöbəsinə, daha sonra Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Yaraları tikildikdən sonra əməliyyata ehtiyac olmayıb. 

 

3 yaşlı uşaq bədənin müxtəlif nahiyələrinin çoxsaylı dişlənmiş, cırılmış yarası, ağır kəllə-beyin travması diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra körpə Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda hər iki uşağın müalicələri davam etdirilir”.

 

Qeyd edək ki, bir neçə ay əvvəl də oxşar hadisə yaşanmışdı. Belə ki,  Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində yaşayan sakinlər sürü ilə gəzən sahibsiz itlərin hücumuna məruz qalmışdı. İtlərin dişlədiyi 41 yaşlı İnci İsgəndərova vəfat etmiş, daha bir qadın isə itin hücumuna məruz qaldığından qorxaraq iflic olmuşdu.  

 

 



OXŞAR XƏBƏRLƏR

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəldi

Butan Krallığının Baş naziri Tişerinq Tobqay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etm...

Bələdiyyə sədri Ebruya bu qədər qonorar verdi - ŞOK MƏBLƏĞ

Müğənni Ebru Gündeşin Ankarada konsert vermək üçün aldığı qonorar üzə çıxıb.    Sfera.az xəbər verir ki, ifaçı 69 milyon lirə ödəniş alıb. &n...

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəldi

Noyabrın 10-da Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə ...

"Evdə tək"in aktyoru yeni seriala çəkilir

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in ulduzu Makoley Kalkin uzun aradan sonra yenidən kamera qarşısına keçməyə hazırlaşır.   ...

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır -FOTO

Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP...

Təhsil işçilərinə yeni kartlar veriləcək - VİDEO

Təhsil işçilərinə güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları veriləcək.   Sfera.az-ın məlumatına görə, kartların veriləcəyi şəxslər müə...