Vahid Ələkbərov “Yandex”i almaq istəyir

Vahid Ələkbərov “Yandex”i almaq istəyir

Rusiyalı milyarderlər Vladimir Potanin və Vahid Ələkbərov “Yandex” şirkətinin Rusiyada olan aktivlərini almaq istəyirlər.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” agentliyi yayıb. 


Agentliyin əldə etdiyi məlumata görə, milyarderlər şirkətin nəzarət paketini almaq istəyini bildiriblər. Şirkətin Rusiyadakı aktivləri təxminən 7 milyard dollar qiymətləndirilir.


Milyarderlərdən gələn təklif gələn həftə Dubayda müzakirə olunacaq. Vladimir Potanin və Vahid Ələkbərov Yandex-in ən azı 51 faiz səhmlərini almaq istəyir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR