Sinan Oğanın səsləri Ərdoğanı və ya Kılıçdaroğlunu dəstəkləyərsə, BELƏ BÖLÜŞDÜRÜLƏCƏK 

Sinan Oğanın səsləri Ərdoğanı və ya Kılıçdaroğlunu dəstəkləyərsə, BELƏ BÖLÜŞDÜRÜLƏCƏK 

Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək mövqedə olan “ATA Alyansı”nın prezidentliyə namizədi Sinan Oğanın səsləri ilə bağlı bir neçə ssenari irəli sürülüb.

 

Sfera.az bildirir ki, bu barədə araşdırma şirkəti "SONAR"ın rəhbəri Hakan Bayrakçı fikirlərini bölüşüb.

 

Sinan Oğanın “bitərəf qalmaq”, “Ərdoğanı və ya Kılıçdaroğlunu dəstəkləmək” qərarlarına görə yüzdə 5,2 səs paylanmasının necə olacağını açıqlayan Bayrakçı hələlik heç bir anket nəticəsinin əldə edilmədiyini deyib və yalnız təxminlərini açıqlayıb.

 

O, proqnozlaşdırdığı 3 fərqli ssenarini belə izah edib:

 

“Sinan Oğan tərəfsiz qalarsa, səslərinin 1,8 faiz Kamal Kılıçdaroğluya, 1,8 Rəcəb Tayyib Ərdoğana gedir. 1,6 faizi isə seçkiyə getmir. Sinan Oğan Kılıçdaroğlunu dəstəkləməyə qərar verərsə, səslərinin 2,2 faizi Kamal Kılıçdaroğluya, 1 faizi Rəcəb Tayyib Ərdoğana gedir. 2 faizi isə seçkiyə getmir. Nəhayət, Sinan Oğan Ərdoğanı dəstəkləməyə qərar verərsə, səslərinin 1,8 faizi Kamal Kılıçdaroğluya, 2 faizi Rəcəb Tayyib Ərdoğana gedir. 1,4 faizi isə səsverməyə getmir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR