Sinan Oğan “The New York Times”ın suallarını cavablandırıb

Sinan Oğan “The New York Times”ın suallarını cavablandırıb

Türkiyənin “Ata” blokunun prezidentliyə namizədi Sinan Oğan “The New York Times” qəzetinə müsahibə verib.

 

Sfera.az xəbər verir ki, prezident seçkilərində üçüncü olan Oğan ona səs verənlərinin 70%-nin ikinci turda dəstəkləyəcəyi namizədə səs verəcəyini bildirib. Lakin onun kimi dəstəkləyəcəyi hələlik məlum deyil. O, son 3-4 günü çox sıx iş qrafiki ilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirdiyini qeyd edib.

 

S.Oğan müsahibədə hansısa namizədi dəstəkləmək müqabilində umacağını da dilə gətirib.

 

“Mən vitse-prezident ola bildiyim halda, niyə nazir olmalıyam?”, o vurğulayıb.

 

Oğan Ərdoğanla Kılıçdaroğlunu müqayisə edərək, Ərdoğanın zəhmətkeşliyinə (seçki kampaniyasını nəzərdə tutur) heyran olduğunu, Kılıçdaroğlunun isə Ərdoğan qədər çalışqan olmadığını, ondan fərqli olaraq başqalarının rəyini nəzərə aldığını bildirib.

 

Xatırladaq ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə 49,35 faiz səs toplayıb. Müxalifətin birləşmiş namizədi Kamal Kılıçdaroğlu seçicilərin 45%-nin dəstəyini qazanıb. Təkrar seçki isə 28 may tarixində keçiriləcək.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR