"Türkiyədə müxalifət hakimiyyətə gələrsə, Azərbaycan-Ermənistan məsələsində..." - Fuat Oktay

"Türkiyə Azərbaycanla Ermənistan arasındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişələri kimi məsələlərdə operativ qərar verməlidir".

 

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay “Habertürk” telekanalına müsahibəsində deyib.

 

Fuat Oktay bildirib ki, bu baxımdan indiki prezident üsul-idarəsi ölkədə ən effektivdir və müxalifət liderinin seçkilərdə qələbə qazanacağı təqdirdə həmkarlarına vəd etdiyi vitse-prezidentin vəzifələri, dövlət idarəetmə sistemində maneələr yaradacaq.

 

Onun sözlərinə görə, indiki sistemdə dövlət başçısı yekun qərarı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR