Zelenski G7 sammitində iştirak edəcək

Zelenski G7 sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitində iştirak etmək üçün Xirosimaya səfər edəcək.


Sfera.az "Tass"a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov təsdiqləyib.

 

“Orada (G sammitində) çox mühüm qərarlar qəbul ediləcək, ona görə də bizim maraqlarımızı müdafiə etmək, izah etmək, ölkəmizdə baş verənlərlə bağlı aydın təkliflər və arqumentlər irəli sürmək üçün prezidentimizin fiziki iştirakı mütləq lazımdır”, - o bildirib. 

 

"Bloomberg" isə qeyd edib ki, Ukrayna prezidenti Səudiyyə Ərəbistanında Ərəb Dövlətləri Liqasının sammitində iştirak etdikdən sonra Amerika hərbi təyyarəsi ilə Yaponiyaya gedəcək.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR