Aişvarya Ray və Karli Kloss “Kann 2023”-də yeni film premyerasında - FOTO

Aişvarya Ray və Karli Kloss “Kann 2023”-də yeni film premyerasında - FOTO

Kannda 76-cı kinofestival davam edir. Bu gün ictimaiyyətə “İndiana Cons və taleyin çarxı” filmi nümayiş etdirilir.  Çoxdan gözlənilən premyera üçün çoxlu ulduzlar gəlib.
 

Sfera.az xəbər verir ki, arxeoloqun sərgüzəştlərindən bəhs edən yeni filmin premyerası bütün ulduzları qırmızı xalçaya toplayıb.
 

Təbii ki, qırmızı xalçanın əsas personajları çəkiliş qrupunun üzvləri və filmin ulduzu - Harrison Ford olub. 80 yaşlı aktyor həyat yoldaşı, aktrisa Kalista Flokhartın yanında görünüb.


Rejissoru Ceyms Mangold olan filmin özü 30 iyunda nümayiş olunacaq.
 

Ardıcıl beşinci yeni “İndiana Cons” filminin premyerası çəkilişi uzun illərdir davam etdiyi üçün 2023-cü il Kann Film Festivalının əsas hadisələrindən birinə çevrilib. Bundan əlavə, bu, Harrison Fordun İndiana Cons rolunda oynadığı son filmdir. O, bu rolu ilk dəfə 1984-cü ildə canlandırıb.
 

Bu yaxınlarda ikinci övladını gözlədiyini elan edən model Karlie Kloss premyeraya ilk gələnlərdən biri olduğu üçün böyüyən qarnı diqqətlərdən yayınmayıb.
 

Bollivud ulduzu Aişvarya Rai isə başlıqlı və nəhəng kamanlı ekstravaqant Sophie Couture gümüş paltarı ilə tamaşaçıları heyrətləndirib. Paltar heyrətamiz görünsə də, pilləkənləri qalxmaq məcburiyyətində qalan aktrisanın köməyə ehtiyacı olub.


Xatırladaq ki, ötən ilin noyabrında “Disney Plus”ın “İndiana Cons” haqqında televiziya serialı hazırlamağın ilkin mərhələsində olduğu bildirilmişdi, lakin Harrison Ford bu işdə iştirak etmədiyini qeyd etmişdi.
 

Ford bu yaxınlarda verdiyi müsahibədə, "Bu, serialdakı son filmdir və bu personajı sonuncu dəfə canlandırıram. Mən bunun ekranda sonuncu çıxış olacağını gözləyirəm" deyərək, davam filmi çəkilsə də, onun bu filmlə heç bir əlaqəsi olmayacaq.


“İndiana Cons və taleyin çarxı” filminin süjetinə əsasən isə hadisələr 1969-cu ildə kosmos yarışı zamanı baş verir. İndiana universitetdə dərs deyir və artıq həyatını riskə atmır. Bununla belə, o, ABŞ hökumətinin kosmos uğrunda mübarizədə SSRİ-ni məğlub etmək üçün keçmiş nasistləri cəlb etməsindən narahatdır.


Xaç qızı Helena kömək üçün ona müraciət edir, bununla da sirli artefaktın axtarışı başlayır. Beləliklə, NASA-nın üzvü və keçmiş nasist olan pis cani Yurgen Vollerə qarşı mübarizə başlayır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR