77 yaşlı qadın özü-özü ilə evləndi - VİDEO

77 yaşlı qadın özü-özü ilə evləndi - VİDEO

ABŞ-ın Ohayo ştatında 77 yaşlı Doroti Fideli qocalar evində özü-özünə ərə gedib.
 

Sfera.az bildirir ki, ilk evliliyinin əvvəldən məhv olduğunu iddia edən amerikalı qadın indi dəbdəbəli bir toyla özünə “hə” deyərək yeni bir başlanğıc edib.
 

Doroti Fideli əvvəllər arzuladığı toy mərasimini keçirməyin çox gec olduğunu düşünsə də, özü ilə evlənmək üçün duvaqlı ağ gəlinlik geyinib.


Ohayo ştatının Qoşen şəhərindəki “O'Bannon Terrace” Qocalar Evində yaşayan amerikalı qadın ilk dəfə televiziya tok-şousunda mərasimi görən dostu sayəsində evlənmək fikrinə düşüb.
 

"Evlənib xoşbəxt yaşamaq istəyirdim. İndi məni xoşbəxt edəcək bir şey etmək üçün ikinci şansım var"- deyə o bildirib.
 

Dotinin qızı Donna Penninqton bunun əla ideya olduğunu düşünür. O, böyük gün üçün bütün hazırlıqları tamamlamağa anasına kömək edib və anasının qocalar evindəki otağını tamamilə bəzəyib.
 

Qonaqlara qırmızı qızılgüllərlə bəzədilmiş iki qatlı ağ tortdan dilimlər, ürək formalı peçenye və toy zəngi formalı sendviçlər təqdim olunub.
 

Gəlin gözəl bəzəkli baş bandı ilə bərkidilmiş, gümüş kəmər və örtüklə tamamlanan şəffaf qolları olan gözəl ağ paltar geyinib. İkinci dəfə düyünü bağlayacağı üçün stressli, həyəcanlı olsa da, hər şey yolunda gedib.


"Bu qədər gözəl görünəcəyimi heç düşünməzdim. Bu, mənim üçün çoz emosionaldır. Çünki həmişə istədiyim bu idi"-deyə xoşbəxt qadın əlavə edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR