Səidə Elnarəni susdurdu: "Onun əlindən tutan tutmuşdu. Elnarə istəyir ki, abır-həyadan keçib onu biabır edim?"

Səidə Elnarəni susdurdu:
Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişinin qonağı olan müğənni Elnarə Xəlilova bir sıra maraqlı açıqlamalarla diqqət çəkib.

Ölkə.Az-ın məlumatına görə, sənətçi həmkarı Səidə Sultanın əlindən tutub səhnəyə çıxardıb:

"Onu əlindən tutub, səhnəyə mən çıxartmışam. Necə Səidəni tanımaya bilərəm?"

Sfera.az xəbər verir ki, Səidə Sultan isə bununla bağlı ölkə.Az-a açıqlamasında E.Xəlilovanın yalan danışdığını bildirib və səhnəyə gəldiyi illəri xatırlayıb:

"İlk dəfə səhnəyə 2000-ci ildə - 11-ci sinifdə oxuyanda gəlmişəm. Mədəniyyət Nazirliyinin məktəblilər arasında keçirdiyi "Pöhrə" müsabiqəsinin laureatı oldum. 2001-ci ildə "Bakı payızı" müsabiqəsində iştirak etmişəm. Müsabiqədə birinci yeri Zaur Əmiraslanovla Tünzalə Ağayeva, ikinci yeri Fidan və Xuraman Qasımova bacılarının tələbəsi Dilarə Əliyeva ilə mən tutduq. Müsabiqədə jürim Vaqif Gərayzadə, Samir Bağırov, Abbas Əhməd, Aygün Kazımova və Zülfiyyə Xanbabayeva olub. Yarımfinalda isə Eldar Mansurovla Faiq Ağayev də jüridə idi. O zamanlar "W Trio" qrupu dəbə düşmüşdü. Qrupun qızları da müsabiqənin konsertlərinə gəlirdilər, radioda mahnılarım gedirdi. Onların iki illik müqaviləsi bitdi. Mən də prodüser Yalçın Cabbarovla işləyirdim. İlk müəllimim də konservatoriyadan Esmiralda Hüseynova olub. Ardınca Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. İki ildən sonra Röya gəldi, dedi ki, mən solo karyeraya başlayıram və istəyirəm ki, qrupda üçüncü qız sən olasan. Mən də razılaşdım. Gəldik bizə, evdəkilərlə danışdı. Röyayla birlikdə getdik Vaqif Gərayzadənin yanına. Axırda Xuraman Şuşalı gəldi. Elnarə isə heç vaxt mənim əlimdən tutub səhnəyə gətirməyib. Düzdür, o məndən 1-2 yaş böyükdür, amma o kim idi ki, əlimdən tutsun? Həmin vaxt o qızlar məndən təcrübəliydilər, mən məktəbi yeni qurtarmışdım, uşaq idim. Elnarənin bilirsiniz nələri yadıma gəlir? Qrupdan çıxanda dedi ki, ərə gedirəm. Zəng edirdi, danışırdıq. Elnarə kim olasıdır ki, mənim əlimdən tutsun? Onun əlindən tutan lazım idi, tutmuşdular da. Elnarə onu istəyir ki, abır-həyadan keçib ağzıma gələni danışım?"

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...