SOCAR-dan azyaşlıların düşərək öldüyü quyu ilə bağlı AÇIQLAMA

SOCAR-dan azyaşlıların düşərək öldüyü quyu ilə bağlı AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün Sabunçu rayonunun Maştağa qəsəbəsi Xanlar yaşayış massivində 10 yaşlı iki uşaq quyuya düşərək həlak olub.  

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo” hadisənin baş verdiyi ərazidə olub, bədbəxt hadisənin təfərrüatını araşdırıb. Azyaşlıların yaxınlarının iddiasına görə, həmin quyu da daxil olmaqla, ərazidə ümumilikdə 7 neft quyusu SOCAR-ın balansındadır. Lakin quyuların ağzı açıq olduğundan uşaqlar dərinliyi təxminən 20 metrdən çox olan quyuya düşüblər. Onların bildirdiyinə görə, hazırda istismara yararsız olan quyuların mühafizəsi həyata keçirilmir.

 

Hadisə ilə bağlı SOCAR-a sorğu ünvanladıq. Qurumdan sözügedən quyuların Dövlət Neft Şirkətinin balansında olmadığı bildirildi: “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisə ilə bağlı bildiririk ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil. 

 

Dünyasını dəyişən azyaşlıların valideynlərinə dərin hüznlə başsağlığı veririk”. 

 

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib, azyaşlıların cəsədləri sakinlər və FHN-nin xilasedicilərinin köməyi quyudan çıxarılıb.

 


OXŞAR XƏBƏRLƏR

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...