Muzeylərdə “açıq qapı” günündən FOTOREPORTAJ

Muzeylərdə “açıq qapı” günündən FOTOREPORTAJ

Bu gün Azərbaycanın muzeylərində “açıq qapı” günü olub. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşlar və ölkəmizin qonaqları ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə ediblər.

 

Sfera.az-ın əməkdaşı "Tarix" və "İstiqlal" muzeylərində olub, ümumi vəziyyəti müşahidə edib, maraqlı fotoreportaj hazırlayıb.

 

Qeyd edək ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunub. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” günü elan olunur.

 

Fotolar: Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR