“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edildi

“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.

 

Komitədən Sfera.az-a verilən xəbərə görə, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin cari ilin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq uğurla keçib.

 

E.Orucova Bakı İslam Universitetində bakalavr təhsili alıb, 2022-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun magistratura pilləsini bitirib. Din sosiologiyası üzrə təhsil alan E.Orucovanın magistr işi “Din və modernizasiya münasibətləri: sosioloji təhlil” mövzusunda olub.

 

Qeyd edək ki, bununla da Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçılarının sayı 17 nəfərə çatıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...