Sinan Oğan sabah Kılıçdaroğlu ilə GÖRÜŞƏCƏK: “Qərarımızı mayın..." 

Sinan Oğan sabah Kılıçdaroğlu ilə GÖRÜŞƏCƏK: “Qərarımızı mayın...

"Millət Alyansı"nın prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu sabah prezident seçkilərində 5,3 faiz səs toplayan "Ata Alyansı"nın namizədi Sinan Oğanla görüşəcək. 

 

Sfera.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Digər tərəfdən, jurnalist Kürşad Oğuz Sinan Oğanın qərarını mayın 19-da açıqlayacağını deyib.

 

“Sinan Oğanla danışdım. “Qərarımızı mayın 19-da açıqlayacağıq” dedi. Əhəmiyyətli tarixdir. Alyans daxilində fikir mübadiləsi hələ də davam edir”, - o, əlavə edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR